Generala vəzifə verildi – FOTO

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.

Globalinfo.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, nazirin sabiq müavini general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra bu vəzifə boş idi.