Kəmaləddin Heydərov onu işdən çıxardı – Yeni təyin olunubmuş

 

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub.

Globalinfo.az Manşet.az-a istinadla xəbər verir ki,  nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Teymur Qabulov FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələki təyinat yoxdur.

Qeyd edək ki, polkovnik Teymur Qabulov ötən ilin sentyabr ayında bu vəzifəyə təyin edilmişdi.