General Surovikin bu vəzifədən kənarlaşdırıldı

General Sergey Surovikin Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən kənarlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Exo Moskvı” radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov məlumat yayıb.

A.Venediktov əlavə edib ki,  hazırda S.Surovikin Rusiya Müdafiə Nazirliyinin sərəncamındadır.

Hələlik Rusiya Müdafiə Nazirliyi məlumatı nə təsdiq, nə də təkzib etməyib.

S.Surovikin “Vaqner” qrupunun qiyam cəhdindən sonra ictimaiyyət qarşısında görünməyib.