“Gənclik Mall”un qarşısında ağır qəza – yaralılar var

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəza Fətəli Xan Xoyski prospektində qeydə alınıb.

“BMW” və “KIA” markalı minik avtomobilləri toqquşub.

Qəzada yaralanan iki nəfər xəstəxanaya çatdırılıb.

Hər iki minik maşına ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.