Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi əsas çağırışlardandır

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi əsas çağırışlardandır

“Bu gün Azərbaycanın hansı sahədə qazandığı uğurlardan, günümüzün əsas çağırışlarından bəhs ediriksə ilk olaraq diqqət tarixi Zəfərimizə və onun yaratdığı reallıqlara yönəlir.”

Globalinfo.az bildirir ki, bu fikirlər İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlarla bağlı münasibətində yer alıb. Qeyd edilib ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı da bu məqsədə xidmət edir. 44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi ki, bununla da müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Belə ki,  Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə şəhər günlərinin təsis edilməsi indiki və gələcək nəsillərə çoxəsrlik tariximizin Zəfər səhifəsi ilə bağlı həqiqətlərin çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Qürurvericidir ki, üç ildir torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri böyük təntənə ilə qeyd edirik.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi bütün dövrlər üçün aktualdır, əsas çağırışlar sırasındadır. Tarixi Zəfərimizin qəhrəmanlarının həyat yolu bir vətənpərvərlik məktəbidir. Vətən, torpaq sevgisi şanlı Qələbəmizi şərtləndirən əsas amillərdəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində keçirilən hərbi paraddakı çıxışında qeyd etdiyi kimi, nə qədər sənin silahın, sursatın olsa, müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik.