Gəncədə tanınmış həkim vəfat etdi

Gəncədə tanınmış həkim vəfat etdi

Uzun müddət Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsində çalışmış Namiq Nəbiyev vəfat edib.

Globalinfo.az xəbər verir ki, həkim-terapevt N.Nəbiyev yaşadığı evdə anidən dünyasını dəyişib.

69 yaşlı həkimin ürək çatışmazlığından öldüyü ehtimal edilir.

O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək, N.Nəbiyev Gəncədə tanınmış həkimlərdən olub.