Gəncədə polislərin düşdüyü dəhşətli qəzanın TƏFƏRRÜATI

 

Gəncədə polislərin düşdüyü dəhşətli qəzanın TƏFƏRRÜATI

Ötən il noyabrın 24-də Gəncə şəhərində polislərin xidməti avtomobillə düşdükləri dəhşətli yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Globalinfo.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinə məxsus xidməti “Fiat Albea” markalı avtomobili mağazaya çırpan Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi polis Emin Əliyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. Belə ki, o, xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb. Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Məhkəmədə Emin Əliyev hadisə vaxtı çağırış yerindən qayıtdıqlarını və avtomobildə yaranan qəfil texniki nasazlığıa görə qəzanın baş verdiyini deyib:

“2014- cü ilin iyul ayından DİN-nin Baş Mühafizə İdarəsində işləyirəm. Vəzifəm mülki mühafizəçi, tutucu qrup sürücüsü olub. Hadisəyədək 4 ay idi ki, mərhum Renat Əliyevlə birlikdə xidmət aparmışam. Onunla heç bir düşmənçiliyim və yaxud da ədavətim olmayıb. 24 noyabr 2021 -ci il tarixdə səhər saat 07 radələrində Gəncə Apellyasiya Məhkəməsinin qarşısında yerləşən “Əli” aptekdə nəzarətdən çıxma verildi. Ona görə də ekipaj üzvü Renat Əliyevlə birlikdə həmin ünvana yollandıq. Həmin ərazidən geri qayıdan zaman avtomobilin ön sağ hissəsindən səs eşitdim, lakin əhəmiyyətli bir şey olmayacağını fikirləşdim və ona görə də avtomobili dayandırmadan hərəkəti davam etdirdim. Saat təxminən 07:30 radələrində idarə etdiyim avtomobillə geri idarəyə qayıdırdıq, Renat avtomobilin qabaq oturacağında əyləşib mürgüləmişdi. Avtomobillə M.Bağırov küçəsində olan zaman avtomobilin sükanı kilidləndi, avtomobilin sükanını idarə edə bilmədim, özümü itirdim, ona görə də avtomobilə tormoz verə bilmədim. Bu zaman avtomobil yolun solunda olan sığorta xidmətlərinin göstərildiyi ofisə dəyərək toqquşdu. Toqquşma zaman mən və avtomobildə olan iş yoldaşım Renat xəsarət aldıq. O xəstəxanaya aparıldı və orada vəfat etdi”.

Gəncə şəhər Mərkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə E.Əliyevə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılmaqla 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Qəzada həyatını itirən polis baş serjantı Renat Əliyev peşəkar idmançı olub. O, XTQ zabiti Nizami Əliyevin qardaşıdır.

Gəncədə polislərin düşdüyü dəhşətli qəzanın TƏFƏRRÜATI Gəncədə polislərin düşdüyü dəhşətli qəzanın TƏFƏRRÜATI Gəncədə polislərin düşdüyü dəhşətli qəzanın TƏFƏRRÜATI

Zaira Akifqızı
Globalinfo.az