Gəncədə mebel sexində yanğın: Xəsarət alan var – VİDEO

Gəncədə mebel sexində yanğın: Xəsarət alan var - VİDEO

Gəncə şəhərində yerləşən sexlərdən birində yanğın baş verib.

Globalinfo.az xəbərinə görə, FHN-in mətbuat xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ü.Hacıbəyli  küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500kv.m. olan mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı 24 yaşlı Sabir Nağıyev xəsarət alıb və xəstəxanaya yerləşdirilib.