Gəncədə avtomobilin 4 nəfəri vurmasının görüntüləri yayılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Globalinfo.az-a verilən məlumata görə, hadisə oktyabrın 6-da saat 12 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində qeydə alınıb.
İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirmiş və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub.
Hadisə nəticəsində bir piyada hadisə yerində dünyasını dəyişib, digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq faciəvi nəticələrə gətirib çıxarır.
Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir.














