Gəncədə zəhərlənən 6 nəfərin son durumu…

xestexana 1

TƏBİB Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı məlumat yayıb.

Qurumdan Globalinfo.az-a bildirilib ki, 11.04.2025-ci il tarixində saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***09:03

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırmalara başlayıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib.

Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: “Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək”.

***08:51

Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, M.İslamova (1955), T.Cəfərova (2008), N.Qədimova (2003), S.İslamova (1976), F.Abbasova (1998) və R.Qədimov (1996) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların tortdan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.