Gəncədə kanaldan meyit tapıldı

Gəncədə su kanalından naməlum meyit tapılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, meyit şəhərin Əbdülkərim Mehmandarov küçəsindən aşkalanıb.

Belə ki, küçədən keçən su kanalından orta yaşlı naməlum kişi meyiti tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Həmin şəxsin kimliyi dəqiqləşdirilir.