Daha bir körpənin meyiti küçədə tapıldı

 

Yanvarın 29-da Goranboyda yenidoğulmuş uşağın meyiti tapılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, meyit saat 16 radələrində Goranboy şəhəri, Aşıq Hüseyn Cavad küçəsində, 35Kv-lıq Goranboy yarımstansiyasının yaxınlığında tapılıb.

Qız uşağının meyiti sellofana bükülmüş vəziyyətdə tapılıb. Onun öldükdən sonra sellofana bükülüb oraya atılması və ya sonradan ölməsi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 18-də Abşeron rayonu Masazır qəsəbəsində də küçədə yenidoğulmuş körpənin meyiti tapılıb.