Gəncədə işıq dirəyi aşdı, yeniyetməni elektrik cərəyanı vurdu – FOTO

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni elektrik cərəyanı vurdu - FOTO

Gəncədə bədbəxt hadisə baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində işıq dirəyi aşıb və yaxınlıqda olan 2010-cu il təvəllüdlü Ə.Qasımovu elektrik cərəyanı vurub.

Hazırda yeniyetmənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir və müalicəsi xəstəxanada davam etdirilir.

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni elektrik cərəyanı vurdu - FOTO Gəncədə işıq dirəyi aşdı, yeniyetməni elektrik cərəyanı vurdu - FOTO