Gəncədə evə ildırım düşdü, yanğın baş verdi

Gəncədə evə ildırım düşdü, yanğın baş verdi

Gəncədə evə ildırım düşüb, yanğın baş verib.

Globalinfo.az “Report” istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

İldırım düşməsi nəticəsində şəhər ərazisində 3 mərtəbəli binanın 2-ci mərtəbəsində olan mənzillərin birinin mətbəxində elektrik avadanlığında qısaqapanma nəticəsində yanğın olub.

Yanğın dərhal söndürülərək genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.