Gəncədə azyaşlını maşın vurdu

Gəncədə azyaşlını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 6 yaşlı A.Əlizadə yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub.

6 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.