Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan naməlum avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada 1970-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlu hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.














