Gənc pula görə özünü ağacdan asdı – FOTO

Goranboy rayonunun Xoylu kəndində intihar hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, kənd sakini, 24 yaşlı Amin Həsənli yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

Yaxınları gəncin intiharını maddi problemlər yaşaması ilə əlaqələndirir. Amma hadisənin dəqiq səbəbi məlum deyil.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.