Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingizin səhhətində problemlər yaranıb. Bu haqda o, sosial şəbəkə hesabında məlumat yayıb. İbrahim üzünün şişkin olduğu selfisini paylaşaraq bu sözləri yazıb: “Babat şişib. Bütün işlər qaldı. 20 tikiş qoyulub”.
Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı aktyorla əlaqə saxlayıb. İbrahim bildirib ki, dişi çay içdiyi yerdə kökündən iki yerə bölünərək, sınıb:
“Çay içdiyim yerdə dişim kökündən iki yerə bölündü. Məcburiyyətdən əməliyyat olundum. 20 tikiş qoyuldu. İndi yalnız sağalmasını gözləyirəm. İşlərim töküldü qaldı”.
Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur.














