“Gələn il inflyasiya problemini həll etmiş olacağıq” – Ərdoğan

“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Qaziosmanpaşa meydanında “Kentsel Dönüşüm” layihəsinin tədbirində çıxışı zamanı bildirib.

“Nə qədər ki, bu qardaşınız hakimiyyətdə olacaq, faiz arta bilməz. Türkiyədə faiz dərəcələri azalacaq. Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”, – deyə o qeyd edib.