
Xalqımızın ən əziz bayramı olan Novruz Gədəbəydə ümumxalq el şənliyi kimi qeyd olunub.
Globalinfo.az xəbər verir ki, bayram tədbirində tonqal alovlandırılıb, müxtəlif milli oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş olunub.
Bayramsayağı bəzədilmiş meydanda rayonun incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış ediblər. Xüsusilə Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.















