Gədəbəydə bədbəxt hadisə baş verib.
Globalinfo.az qafqazinfo-ya istinadla xəbər verir ki, rayon sakini 1943-cü il təvəllüdlü Aqil Alıyev pilləkəndən yıxılıb.
Ağır kəllə-beyin travması alan kişi Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
O, göstərilən bütün tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.














