
Gədəbəydə evdə qaz sızmasından yanğınla nəticələnən partlayış olub.
Globalinfo.az bildirir ki, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb.
1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.