Bakının Səbail rayonu ərazisində yerləşən Dağüstü parkda quldurluq hadisəsi qeydə alınıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 10-da saat 21 radələrində Saraykin küçəsində baş verib. Həmin vaxt parkın qarşısında olan 2007-ci il təvəllüdlü A.Qasımzadə naməlum şəxsin hücumuna məruz qalıb. Yeniyetmə oğlanı bıçaqla hədələyən şəxs onun mobil telefonunu əlindən alıb.
Hadisə barədə polis məlumat daxil olandan sonra axtarış tədbirləri həyata keçirilib. Cinayəti törədən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Ruslan Allahverdiyev olması müəyyən edilib və o saxlanılıb. Ruslanın daha əvvəl də soyğunçuluq etməsi və bu əmələ görə məhkum edilməsi də üzə çıxıb.
Malik
Globalinfo.az














