G7-nin növbəti sammiti bu ölkədə keçiriləcək

Gələn il G7-yə sədrlik edəcək İtaliya Avropa Parlamentinə seçkilərdən sonra ölkənin cənubundakı Puliya regionunda liderlər zirvəsinə ev sahibliyi edəcək.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, bunu şənbə günü hökumətin saytında yayımlanan mətbuat konfransında respublikanın baş naziri Corc Meloni deyib.

 

O, həmçinin qeyd edib ki, İtaliya sammitinin gündəliyində Aralıq dənizi və Afrika mövzuları olacaq.