ABŞ və İsrailin intensiv hücumlarına baxmayaraq, İranın hərbi arsenalının əhəmiyyətli hissəsi hələ də toxunulmaz qalır.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ və İsrailin zərbələri nəticəsində bəzi buraxılış qurğuları müvəqqəti olaraq sıradan çıxarılıb və ya yeraltı sığınacaqlara köçürülüb.
Bununla belə, İran hələ də regionda ciddi təhlükə yarada biləcək əhəmiyyətli hərbi potensialını qoruyub saxlayır.
Əliyar Xəlil
Globalinfo.az