Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.
Globalinfo.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.
Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.














