Vətən müharibəsi qazisi intihar edib.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Füzuli rayonunun İkinci Mahmudlu kənd sakini, 1992-ci il təvəllüdlü Ayxan Hümbət oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb.
Hadisə aprelin 6-sı günorta saatlarında baş verib.
Baş vermiş hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.
A.Hümbətovun iki azyaşlı övladının olduğu bildirilir.
***10:21
Füzuli rayonunda Vətən müharibəsi qazisi vəfat edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun İkinci Mahmudlu kənd sakini 1992-ci il təvəllüdlü Bayramov Ayxan Hümbət fevralın 6-da dünyasını dəyişib.
Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Qazinin 2 azyaşlı övladı qalıb.














