Füzulidə yük avtomobili maşına çırpıldı – Ölən var

Füzulidə yük avtomobili maşına çırpıldı - Ölən var

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, 1992-ci il təvəllüdlü Cəlal Kərimlinin idarə etdiyi “Qazel” markalı yük avtomobili ötmə əməliyyatını yerinə yetirərərkən 1978-ci il təvəllüdlü Elşən Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtomobillə toqquşub.

Zərbənin nəticəsində “Daewoo” aşıb. Minik avtomobilin sərnişini, 1955-ci il təvəllüdlü Rahilə İmaməliyeva hadisə yerində ölüb, hər iki sürücü xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.