Futbola həvəsi mafiya üzvünü ələ verdi

İllərdir qaçaq həyatı yaşayan italyan mafiya üzvü Vinçenzo La Porta azarkeşi olduğu “Napoli”nin çempionluğunu qeyd edərkən yaxalanıb.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın 100 ən təhlükəli fərarisi siyahısında yer alan və 11 ildir axtarışları davam edən Porta futbola olan sevgisi səbəbindən ələ keçirilib. İllərdir gizlətdiyi kimliyi azarkeşi olduğu “Napoli”nin çempion olduğu bayramda üzə çıxıb.

Belə ki, 60 yaşlı La Porta Yunanıstanın Korfu adasındakı bir restoranda şənlik zamanı çəkilmiş fotodan məlum olub.

O, “Neapol” şərfi və papağı taxıb.

Yunanıstanda qaçaq həyatı yaşayan La Portanın İtaliyaya ekstradisiya edilərək 14 il həbs cəzası alması gözlənilir.