FTB ABŞ-nin keçmiş prezidenti Donald Trampa hücumun motivlərini müəyyən etməyib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə büro nümayəndəsinin bəyanatında bildirilib.
O qeyd edib ki, istintaq davam edir, lakin hələlik şübhəlinin şəriklərinin olmasına dair heç bir sübut yoxdur. Üstəlik, hadisədə xarici dövlətin iştirakını göstərən heç nə yoxdur.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp iyulun 14-də mitinqi zamanı güllələnib.














