FSB-nin Azərbaycana cavabdeh idarəsinin rəhbəri işdən çıxarıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin MDB-yə cavabdeh olan 5-ci Xidmətinin rəhbəri Sergey Beseda istefaya gedib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiya mətbuatı iki mənbəyə istinadən yayıb.

Məlumata görə, Besedanı müavini Aleksey Komkov əvəz edib. Besedanın özü isə Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun müşaviri təyin olunub.

Mətbuat yazır ki, Besedanın istefası üçün rəsmi səbəb onun 70 yaşına çatması olub. Bununla belə mənbələr istefanın əslində FTX daxilində hakimiyyət daxili qruplaşmaların mübarizəsinin nəticəsi olduğunu deyiblər.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin 5-ci Xidməti Rusiya və keçmiş sovet ittifaqı ölkələrinin daxili barədə informasiya toplanması üzrə ixtisaslaşıb. Məhz bu xidmət Rusiyanın Ukraynaya hücumu üçün informasiyaların toplanmasında ən önəmli rolu oynayıb. Bununla belə, son zamanlar Rusiya mətbuatı xidmətin fəaliyyətinin keyfiyyəti barədə şübhəli məqamların olduğunu yazıb.

Tahir Turan
Globalinfo.az