owl detail 620 524a5ccb847bba887ac74de33052e901

Fransa hərbçiləri Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia edilən “Boracay” adlı tankezri ölkə sahillərində saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Fransa hökumətindəki mənbənin məlumatına görə, Benin bayrağı altında üzən gəmi Saint-Nazaire sahillərində lövbər salarkən yoxlanılıb. Prezident Emmanuel Makron bildirib ki, tanker ciddi pozuntulara görə araşdırılır.

Kremlin sözçüsü Dmitri Peskov isə Avropa ölkələrini təxribat xarakterli hərəkətlərdə ittiham edib. Onun sözlərinə görə, Baltikyanı dəniz də daxil olmaqla, bir sıra sularda Avropa ölkələri kommersiya naviqasiyasının azadlığını pozur.

Tahir Turan
Globalinfo.az

Paylaş: