1fdc1060 dbd2 3add 9b93 f96a36016422 850

İranın Zəhedan şəhərində məhkəmə binasına silahlı hücum edən terrorçuların hamısı zərərsizləşdirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” əməliyyat bazası məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, hücum nəticəsində üç terrorçu öldürülüb, onlardan biri üzərində partlayıcı kəmər daşıyıb.

Silahlı hücum nəticəsində 6 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: