Fransada qəribə olay: kölgəyə görə ailəni gülləbaran etdi – FOTO

Fransanın qərbində yerləşən Brittani bölgəsinin Saint-Herbot qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa mediası yazıb.

“71 yaşlı holland qonşu bağdakı ingilis ailəni gülləbaran edib. Bağın ingilis sakinləri – 49 yaşlı ana başından yaralanıb. Qızın atasının vəziyyəti isə ağırdır. Ailənin 11 yaşlı qızı aldığı güllə yarasından yerindəcə ölüb.

Məlum olub ki, iki qonşu arasında kiçik torpaq sahəsinə görə narazılıq varmış. Bu dəfə ingilis ailə həyətindəki ağacı kəsib. Holland kişi bundan narazı qalıb. Deyib ki, sənin kəsdiyin ağacın kölgəsi bizə çox lazım idi. Qonşu davasının son nəticəsi belədir: holland qoca həbs olunub, onun belçikalı xanımı sorğu-suala tutulub, 11 yaşlı qız ölüb, 8 yaşlı digər qız güclü psixoloji sarsıntı keçirib”, – məlumatda bildirilib.

Qeyd edək ki, olayla bağlı CNN geniş reportaj hazırlayıb.

Elbəyi Həsənli
İsveçrə, Zürix
Globalinfo.az