Həcc ziyarətinə gedən minlərlə insan saxlanıldı – Həbslər var

Səudiyyə Ərəbistanında icazəsiz Həcc ziyarətinə cəhd edən 17 mindən çox insan saxlanılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Onlardan təxminən 9 min 500 nəfəri yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozub. Bundan başqa, Səudiyyə Ərəbistanı hakimiyyəti zəvvarların Həcc ziyarətinə qeyri-qanuni daşınmasına görə 33 nəfəri həbs edib”, – məlumatda deyilir.