Fransanın sağçı “Milli Birlik” (Rassemblement National) partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen ölkədəki hazırkı siyasi vəziyyəti “sirk” adlandırıb.
Globalinfo.az bildirir ki, o, bu fikri jurnalistlərə açıqlamasında səsləndirib.
Le Pen bildirib ki, hazırda Fransada müşahidə olunan siyasi böhran prezident Emmanuel Makronun institutlara hörmət etməməsinin nəticəsidir:
“Bizim iştirak etdiyimiz bu sirk bircə şeyin nəticəsidir, prezident Makron institutlara hörmət etmir. O, institutları saymamaqla əslində Fransa xalqına qarşı çıxır. Bu, ümidsiz və acınacaqlı bir tamaşadır, siyasətə və ölkəyə zərər vurur, Makronun beynəlxalq aləmdəki nüfuzunu da sarsıdır.”
Siyasətçi həmçinin parlamentin buraxılmasının və ya prezidentin istefasının qaçılmaz olduğunu vurğulayıb. O, istənilən hökumətə qarşı etimadsızlıq səsini dəstəkləyəcəyini bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az