1000 illik xəritədə “Azərbaycan” yazılıb – VİDEO

1000 illik xəritədə “Azərbaycan” yazılıb - VİDEO

06:00

Tarixçi alim Zaur Əliyevin paylaşdığı və Azərbaycan adının yer aldığı 14-cü əsrə aid xəritə ictimaiyyətdə maraqla qarşılanıb. O, tanınmış coğrafiyaçı Məhəmməd əl-Ədrisinin bu xəritəni Sisiliya kralı II Rocer üçün hazırladığını bildirib.

Tarixçinin sözlərinə görə, xəritə 1619-cu ildə latın dilinə çevrilib. Orijinalı isə 1325-ci ildən etibarən Fransada saxlanılır. Xəritədə Cənubi və Şimali Azərbaycan torpaqları aydın göstərilir.

Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərlinin sözlərinə görə, Azərbaycan adının xəritələrdə istifadə olunması Mahmud Kaşğarinin dövründə də olub.

Ətraflı videoda:

Zaira Akifqızı
Globalinfo.az