Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edilib.
Bu barədə V.Janbryun özü məlumat verib.
O, iğtişaşçıların məqsədinin onun ailəsinə xəsarət yetirmək olduğunu bildirib.
Hadisə zamanı merin həyat yoldaşı və övladı xəsarət alıblar. Onun avtomobili isə yandırılıb.














