
Fransanın şərqində “Patrouille de France” aero-komandasının iki “Alpha Jet” təyyarəsi məşq zamanı qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin naziri Sebastyan Lekornu X sosial şəbəkəsində məlumat yayıb.
Xilasetmə xidmətləri hadisə yerinə cəlb olunub. Daxili İşlər Nazirliyi ilə silahlı qüvvələr arasında koordinasiya aparılır.