Fransada AES-də yanğın: Reaktorların fəaliyyəti dayandırılıb

Fransada AES-də yanğın: Reaktorların fəaliyyəti dayandırılıb

Fransanın qərbində yerləşən “Şinon” Atom Elektrik Stansiyasında (AES) iki reaktor yanğın səbəbindən işini dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Nüvə Təhlükəsizliyi İdarəsi məlumat verib.

“Yanğın nəticəsində üç nömrəli reaktorun əsas xarici enerji təchizatının itirilməsi reaktorun avtomatik dayanmasına səbəb olub. Yanğının söndürülməsindən sonra istifadə olunan suyun toplanması üçün qonşu dördüncü reaktor da müvəqqəti dayandırılıb. Bu, onun daşmasının və suyun ətraf mühitə daxil olmasının qarşısını almaq üçün edilib”, – məlumatda bildirilib.