“Fransanın İrəvana verəcəyi hava hücumundan müdafiə sistemi Ermənistan üzərində Rusiyaya gedəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Kanadanın Qlobal Məsələlər İnstitutunun araşdırmaçısı Robert Katler qeyd edib.
“Bu sistem İranla hərbi əməkdaşlıq çərçivəsində tərs-mühəndislik sayəsində yenilənəcək və Ukrayna ilə İsrailə qarşı istifadə olunacaq. Çünki Ermənistanın hava hücumundan müdafiə sistemi tamamilə Rusiyanın nəzarətindədir”, – Katler bildirib.
Qeyd edək ki, Fransa Ermənistanın müdafiəsini gücləndirmək üçün İrəvana hava hücumundan müdafiə sistemi, bir sıra raketlər göndərilməsinə dair müqavilə imzalayıb.
Ayşən Mustafa
Globalinfo.az














