is 1

Fransa İsrailin Livandakı əməliyyatlarını genişləndirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro məlumat yayıb.

“İsrailin Livandakı əməliyyatlarının bu qədər genişləndirilməsi beynəlxalq hüquqa və Təl-Əvivin maraqlarına və təhlükəsizliyinə ziddir.

Bombalanan, işğal olunan hər kənd, öldürülən hər mülki şəxs nəticə etibarilə “Hizbullah”ı gücləndirir”, – deyə o bildirib.

Paylaş: