
Rusiya Prezidenti Vladimir Putinin Ukraynada üçgünlük atəşkəs təklifi tərəflər arasında birbaşa və şərtsiz danışıqların başlanması üçün ilk addımdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Lavrov qeyd edib ki, Rusiya indiki mərhələdə Ukrayna ilə sülh razılaşmasına gəlmək üçün açıqdır, lakin bu proses hər hansı ilkin şərtlər olmadan baş tutmalıdır.
Bununla belə, o, uzunmüddətli atəşkəs rejiminə nəzarət mexanizmlərinin qeyri-müəyyənliyinə diqqət çəkib.
“Biz Ukraynada davamlı atəşkəsin obyektiv və dürüst şəkildə monitorinq edilə biləcəyinə dair real imkanlar görmürük”, – deyə nazir bildirib.
Aysel Əliyeva
Globalinfo.az