Fransa erməniləri sildi – Separatçılarla bağlı fərqli addım

Qətər Hava Yolları aviaşirkəti Cənubi Qafqaz üzərində uçuşlar zamanı biznes-klassda ekranlarda Qarabağın 3D xəritəsini göstərir ki, bu xəritədə yalnız üç şəhər – Şuşa, Ağdam və Füzuli göstərilir. Şuşa yaxınlığında yerləşən və müvəqqəti olaraq erməni separatizminin qalası olan Xankəndi şəhəri xəritədə qeyd olunmayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “AzFront” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Qətər Hava Yolları üçün 3D xəritələrin tədarükçüsü Fransanın “Thales Group” şirkətidir. 2022-ci ildə Avropa Komissiyası, Fransa və İtaliyanın hərbi idarələri onunla müqavilələr imzalayıb.

“Thales Group”un 3D xəritələrin tədarükü üzrə subpodratçıları Kanadanın “WorldSat” və ABŞ-ın “GeoFusion” şirkətləridir. Sonuncu FTB və Azərbaycan Hava Yolları, Amerika Hava Yolları və Britaniya Hava Yolları ilə əməkdaşlıq edir.