Fransa hakimiyyəti Teleqramın təsisçisi Pavel Durovun investisiya fondları ilə danışıqlar aparmaq üçün ABŞ-a getməsi xahişini rədd edib.
Globlainfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Paris prokurorluğu qərarını mayın 12-də qəbul edib.
Qərarda bildirilib ki, Durovun Fransanı icazəsiz tərk etməsi qadağandır.














