Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xalqı “Rusiya Günü” münasibətilə təbrik edib. Medvedevin təbrik paylaşımındakı xəritə müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, sözügedən xəritədə Ukraynanın böyük hissəsi Rusiya ərazisi kimi göstərilib.
Diqqətçəkən məqam Medvedevin Gürcüstandakı qondarma rejimlərə – Abxaziya və Cənubi Osetiyaya “toxunmamasıdır”. Belə ki, hər iki rejim tez-tez Rusiyaya birləşməklə bağlı çağırış edir.
Safura Bənnayeva
Globalinfo.az














