Flora Kərimova Ülviyyəyə qalib gəldi

“Apellasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı”.

Globalinfo.az xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb.

“Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikcisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir.

Apellasiya Məhkəməsinin ədalətli hakimlərinə çox sağolum var. Qalib vəkilim Elcan Həsənlinin uca könlünə Tanrıdan fərəh diləyib, bütün şübhələrdən uzaq olan vicdanına çox sağ ol, deyirəm”, – Flora Kəimova qeyd edib.