Fitsoya sui-qəsd edən şəxslə bağlı yeni xəbər

Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP məhkəmənin mətbuat katibinə istinadən məlumat yayıb.

Bildirilir ki, prokurorluq sui-qəsd cəhdində şübhəli bilinən şəxsin həbs edilməsi barədə vəsatət qaldırıb.

Xatırladaq ki, 71 yaşlı yazıçı Yuray Çintula mayın 15-də R.Fitsonu güllələyib.