Fitso Ukraynanı hədələdi: “Əgər problemi həll etməsə…”

Fitso Ukraynanı hədələdi: "Əgər problemi həll etməsə..."

“Əgər Kiyev qaz tranzitinin dayandırılması problemini həll etməsə, Slovakiya Ukraynaya qarşı sərt cavab tədbirləri görəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso deyib.

Fitso Ukraynanı qaz tranziti ilə bağlı müqaviləni yeniləməməklə Slovakiyaya ziyan vurmaqda ittiham edib.

O, Kiyevi cavab tədbirləri görəcəyi ilə hədələyib.

Fitso qeyd edib ki, Slovakiya Ukraynaya təcili elektrik enerjisinin verilməsinə məhdudiyyət qoya və qaçqınlara yardımı azalda bilər.

Müşviq Tofiqoğlu
Globalinfo.az