“Ukrayna Prezidenti Volodimir Zelenski istefa verməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın Helsinki Universitetinin professoru Tomas Malinen deyib.
O, Ukrayna liderinin ABŞ Prezidenti Donald Trampla görüşündən sonra bu qənaət gəldiyini deyib:
“İstefa olmasa, o zaman Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi məsələyə qarışmalıdır. Ağ Evdəki görüntülər Zelenskinin ağlının başında olmadığını açıq şəkildə göstərir”, – deyə Malinen “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşdə gərgin anlar yaşanıb.
Əliyar Xəlil
Globalinfo.az














